Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Rusiya Ermənistandakı bazadan Ukraynadakı müharibəyə bölmələr köçürməyi planlaşdırır

Rusiya Federasiyası Ermənistandakı Rusiya bazasından ayrı-ayrı bölmələri Ukraynaya qarşı müharibəyə köçürməyi planlaşdırır.

Azmarka.az-ın verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” sosial şəbəkəsində saat 18:00-a olan əməliyyat məlumatında paylaşım edib.

“Döyüş əməliyyatlarında iştirak edən ayrı-ayrı bölmələrin döyüş qabiliyyətini bərpa etmək cəhdlərini davam etdirən Rusiya Federasiyasının hərbi rəhbərliyi Ermənistandakı 102-ci Rusiya hərbi bazasından bəzi hissələrin Ukrayna ərazisinə keçirilməsini planlaşdırır”, - məlumatda deyilir.

Ayrı-ayrı rus hərbçilərinin döyüş əməliyyatlarında iştirakdan imtina etməsi təsdiq edir ki, bu da Ukrayna müdafiə qüvvələri ilə toqquşmalardan sonra Rusiya hərbçilərinin mənəvi-psixoloji durumunun aşağı olması ilə bağlıdır.

“Beləliklə, xüsusən də Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun 20-ci motoatıcı diviziyasının daimi dislokasiya nöqtəsində 130-a yaxın rusiyalı hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib”, - deyə məlumatda bildirilir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Rusiya qoşunlarının şəxsi heyətinin ruhdan düşdüyünü, intihar və özünü yaralamaq hallarının tez-tez artdığını qeyd edir.

“Müsbət nəticələrin olmaması və qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilməməsi səbəbindən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava-Desant Qoşunlarının 45-ci xüsusi təyinatlı briqadasının komandiri, polkovnik Vadim Pankovun istefaya göndərilməsi planlaşdırılır. O, Qostomel aerodromunda döyüş tapşırığını yerinə yetirməməkdə təqsirləndirilir”, - deyə məlumatda bildirilir. /apa


Azmarka.az

Digər xəbərlər

  • 18.03.2022
  • 18.03.2022
  • 18.03.2022
  • 13.03.2022
  • 12.03.2022
  • 12.03.2022
  • 11.03.2022
  • 11.03.2022
  • 9.03.2022
  • 8.03.2022
  • 2.03.2022
  • 1.03.2022
  • 27.02.2022
  • 26.02.2022
  • 19.03.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031