Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Putin savaşa başladı, 8 rus oliqarx müəmmalı şəkildə öldü - ŞOK SİYAHI, TÜKÜRPƏDİCİ FAKTLAR

Kremlin Ukraynaya qarşı işğal əməliyyatına başladığı gündən – fevralın 24-dən bəri 8 məşhur rus oliqarxı müəmmalı şəkildə ölüb.

Azmarka.az bu barədə xarici KİV-ə istinadən xəbər verir və həmin oliqarxların siyahısını təqdim edir.

– Rusiyanın neft-qaz şirkəti "Qazprom"un yüksək vəzifəli şəxsi Leonid Şulman. 60 yaşlı Şulmanın 500 min dollar dəyəri olan 3 mərtəbəli imarətindəki otaqlardan birinə çəkilərək intihar etdiyi açıqlanmışdı. O, 1 il öncə həyat yoldaşından boşanıbmış və uşaqlarından ayrı yaşayırmış.

– Bundan iki gün sonra, fevralın 25-də "Qazprom"un daha bir yüksək vəzifəli şəxsi Aleksandr Tyulyakovun öldüyü bildirildi. Onun yaşadığı evinin qarajında özünü asdığı xəbər verilirdi. Trulyakovun intihardan öncə məktub yazdığına dair məlumat yayılsa da, həmin məktubun məğzi açıqlanmamışdı.

– Rusiyanın Ukraynaya hücumundan 1 ay sonra isə Nijni-Novqorodda fəaliyyət göstərən MedStom adlanan və tibbi ləvazimat istehsalı ilə məşğul olan şirkətin 43 yaşlı sahibi Valisiy Melnikovun öncə 41 yaşındakı arvadını, ardınca 10 və 4 yaşlı uşaqlarını bıçaqlayaraq öldürdüyü, sonra isə özünü güllələyərək intihar etdiyi məlum oldu. Ötən il 2 milyon rubldan (208 milyon dollar) çox xalis mənfəətlə Rusiyanın ən böyük şirkətlərindən birinə çevrilən MedStom-un sahibini bu dəhşətli addıma nə vadar edə bilərdi? Suala cavab vermək çətindir, bircə o aydındır ki, Melnikov nə spirtli içki içir, nə siqara çəkir, nə də narkotik maddə qəbul edirdi.

– Bundan bir qədər sonra isə 2000-ci illərin əvvəllərindən etibarən İngiltərədə yaşayan Ukrayna doğumlu rus oliqarx – neft və qaz zengini Mixail Uatfordun yaşadığı evdə özünü asdığı açıqlandı. Ukraynaya hücumla əlaqədar rus biznesmenlərin də sansiyalarla üzləşməyə başladığı bir vaxtda canına qıyan Uatfordun ölümünü ingilis polisi "şübhəli ölüm" olaraq qeydə aldı. Hələ də adıçəkilən oliqarxın həqiqətən də intihar etdiyi, yoxsa öldürüldüyü barədə dəqiq məlumat yoxdur. Bu barədə spekuliyasiyalar davam edir və bəzi KİV-lər M.Uatfordun hazırkı Rusiya lideri Vladimir Putinin hakimiyyətə gəldikdən dərhal sonra daha da varlanmasına diqqət çəkirlər.

– Bu müəmmalı ölümdən qısa müddət sonra isə "Qazprom"un keçmiş yüksək vəzifəli şəxslərindən biri olan və Putinə yaxınlığı ilə tanınan Vladislav Avayev paytaxt Moskvadakı evində dəhşət saçdı. Belə ki, Avayev öncə 47 yaşlı həyat yoldaşı Yelena Avayevanı, ardınca isə 13 yaşlı qızı Mariyanı şəxsi silahı ilə güllələdi, sonra da eyni silahla intihar etdi. Rusiya milisi "Qazprom"dan ayrıldıqdan sonra "RT-Karbon" adlı şirkət açan iş adamının ailə üzvlərini və özünü öldürməsi ilə bağlı hər hansı məlumat açıqlamasa da, bəzi KİV-lər məişət məzmunlu versiyalar ortaya atdılar. Kimi arvadının Avayevi öz sürücü ilə aldatdığını yazdı, kimisi də ər-arvad arasında qızlarının gələcək həyatı ilə bağlı kəskin mübahisələr yaşadığını bildirdi.

Lakin başqa bir versiya da var idi: deyilənə görə, Avayev ölkəsinin Ukraynaya qarşı əməliyyatına qarşı çıxdığı, bu əməliyyatı tənqid etdiyi üçün cəzalandırılmışdı...

– Rus oliqarxlar barədə ölüm xəbərlərinin növbəti dayanacağı İspaniya oldu. Belə ki, bu ölkənin Kataloniya bölgəsindəki Girona şəhərinin Lloret De Mar qəsəbəsində 55 yaşlı rus biznesmen Sergey Protosenya və onun ailə üzvləri yaşadıqları villada ölü olaraq aşkarlandı. 1997 – 2015-ci illərdə "Rus Novatek" enerji şirketinə rəhbərlik edən Protosenya daha sonra təqaüdə çıxmış və Fransanın cənubunda satın aldığı malikanədə ailəsi ilə birgə yaşamağa başlamışdı. Pasxa tətili üçün İspaniyaya gələn iş adamının ailəsindən xəbər ala bilməyən yaxınları polisə üz tutdular. Lloret De Mardakı villaya gələn polislər isə burada dəhşətli mənzərə ilə qarşılaşdılar. İddiaya görə, S.Protosenya öncə arvadını və qızını balta ilə öldürmüş, sonra da özünü asmışdı.
400 milyon avroluq sərvətə malik olduğu deyilən Protosenyanın, eləcə də, onun ailə üzvlərinin ölümü yenidən spekuliyasiyalara meydan açdı. Xüsusilə iş adamının həmin vaxt İspaniyada olmadığı üçün sağ qalmış oğlu Fyodorun bu hadisədə rus kəşfiyyatını ittiham etməsi ciddi müzakirələr doğurdu.

– Rusiya paytaxtı Moskvada ölkənin ən məşhur restoran şəbəkələrindən biri olaraq göstərilən "Karavayev qardaşları"nın 45 yaşlı qurucusu Vladimir Lyakişev də də bu yaxınlarda çoxmərtəbəli binanın damında ölü olaraq tapıldı. Oliqarxın arvadı bildirdi ki, əri ilə birgə spirtli içki qəbul ediblər, daha sonra o, evdən ayrılıb, iki saat sonra geri qayıtdıqda isə həyat yoldaşının vurularaq öldürüldüyünü görüb. O, əlavə etdi ki, əri əvvəllər də olduğu kimi içdikdən sonra binanın damına çıxıb, burada tanışlarından birinə görüntülü zəng edib və özünü öldürəcəyini deyib. Beləliklə, ölümü intihar olaraq qeydə alınan iş adamının xüsusilson zamanlar alkoqola hədsiz meylli olduğu bildirildi.

– Mayın 10-da Rusiyanın ikinci ən böyük neft şirkəti “Lukoyl”un keçmiş meneceri Aleksandr Subbotinin ürək tutmasından vəfat etdiyi açıqlandı. Rusiya İstintaq Komitəsinin ilkin məlumatlarına görə, 43 yaşlı rusiyalı milyarder Subbotin alkoqol detoksuna görə şamanlardan dəstək alıbmış. O, qurbağa zəhəri ilə müalicə olunub. Ancaq bir müddət sonra infarkt keçirən Subbotinə şamanların valerian bitkisindən hazırlanmış ağrıkəsici qarışığı verdiyi, bununla belə, onun səhər saatlarında Aleksey Pindyurin və Kristina Teyxrib adlı 2 şaman tərəfindən ölü tapıldığı bildirilib. İlkin müayinələrdə Subbotinin ürək dayanması səbəbindən öldüyü vurğulanıb. Lakin bu bir çoxları tərəfindən inandırıcı qarşılanmayıb və onun peşəkarlıqla öldürüldüyü iddia edilib. Şübhəli şamanlar isə həmin iddialarla razılaşmayıblar.


İlhamə ƏZİZ,

xüsusi olaraq Azmarka.az üçün

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031