Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

TARİXDƏ İLK! Aydan toplanan torpaqda bitki yetişdi - DÜNYANI HƏYƏCANLANDIRAN XƏBƏR

Amerika Birləşmiş Ştatlarının Florida Universitetinin alimləri 1962-1972-ci illərdə Apollon missiyaları zamanı toplanan Ay torpağına xaççiçəyi (turpgiller ) ailəsindən olan siçan qulağı tərəsi toxumu əkiblər. Toxumların 2 gündən sonra cücərdiyi müşahidə edilib.

Azmarka.az bunu xarici KİV-ə istinadən xəbər verir.

Beləliklə, ilk dəfə toxumlar Ay torpağında uğurla cücərdilib.

Araşdırma üçün Florida Universitetinin elmi qrupuna bitki başına 1 qram torpaq verilib. Alimlər buna təəccübləndiklərini ifadə edərək inkişaf edən cücərtinin daha sonra yavaşladığını və quruduğunu deyiblər.

Tədqiqat Amerika Kosmos və Aeronavtika Agentliyinin - NASA-nın “Ayda yaşayış məntəqəsinin yaradılması” layihəsi üçün mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, NASA astronavtları 1962-1972-ci illərdə Apollon missiyaları zamanı Ay səthindən 382 kiloqram torpaq, toxum, çınqıl, qum və toz gətiriblər.


İlhamə ƏZİZ,

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930