Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanda "Meymun çiçəyi" virusu yayıla bilər? - İnfeksionistdən CAVAB

Dünyanın bir çox ölkəsində "meymun çiçəyi" virusu yayılmaqdadır.

Bəs bu virus Azərbaycanda yayıla bilər?

Azmarka.az bildirir ki, məsələ ilə bağlı açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, nadir rast gəlinən virus olan "meymun çiçəyi"nin hələ ki, ölkəmizdə yayılma ehtimalı azdır.

"Bu xəstəlik Çiçək xəstəliyinə bənzəyir, əsasən hava, damcı və "Meymun çiçəyi" olan başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər. Virusun əsas əlamətləri əzələ ağrısı, qızdırma, dəri səpkisi və baş ağrısıdır. Xəstəliyin epidemiyaya çevrilmə riski çox azdır", - deyə infeksionist bildirib.

Qeyd edək ki, "su çiçəyi"nin bir növü olan bu xəstəlik rəsmi olaraq 1980-ci ildə bitmiş elan edilmişdi. Xəstəliyin əlamətləri demək olar ki, "su çiçəyi" ilə eynidir. Bu virus bir neçə həftəyə sağalır, nadir hallarda ölümcül xarakter daşıyır.

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “meymun çiçəyi” xəstəliyi ilə bağlı ekspertlərin təcili iclasını çağırıb.

İclasın əsas mövzusu xəstəliyin yayılması, onun geylər və biseksuallar arasında xüsusən çox yayılması, həmçinin, xəstəliyə qarşı vaksinasiya olacaq.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031