Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Baydendən dünya gündəminə BOMBA KİMİ düşən PUTİN AÇIQLAMASI

ABŞ Prezidenti Cozef Bayden “Associated Press”ə müsahibəsində sensasion fikirlər səsləndirib.

Azmarka.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin yalnız Ukrayna ilə kifayətlənməyi planlaşdırmadığını bəyan edib.

Xatırladaq ki, Birləşmiş Ştatlar lideri son yarım ildə Putinin Ukraynanı işğal etməyə hazırlaşdığını bildirsə də, əksəriyyət buna inanmırdı. Lakin Kreml sonda Baydeni haqlı çıxaran qərar qəbul etdi.

Bu təcrübəyə əsaslanan dünya mediası Baydenin yeni xəbərdarlığını sensasion sayır və Üçüncü Dünya müharibəsinin mümkünlüyü barədə siqnalların təsdiqi qiymətləndirir.

Baydenin sözlərinə görə, siyasi riskə və ABŞ iqtisadiyyatına zərbəyə baxmayaraq, ABŞ Rusiyanın Ukrayna ərazisinə təcavüzə qarşı çıxış etməli idi: “Heç bir iş görülməsəydi, daha pis olardı. Əgər o, Ukraynaya müdaxilə edib onu Belarus kimi nəzarət altına alsaydı, NATO üçün təhlükə yaranardı. Bdelədə hər şey bizim üçün daha pis ola bilərdi”.

C.Bayden deyib ki, Rusiya hərbi təcavüzü Avropanı xaosla təhdid edərdi: “Siz artıq onların Belarusda etdiklərini görmüsünüz. Qonşu ölkələrlə nə baş verərdi. Diqqət edin, Polşa, Çexiya və NATO-ya üzv başqa dövlətlərin başına nələr gələrdi. Yeri gəlmişkən, Vladimir Putin bunların başlanması səbəblərindən birini deyib, onların (Ukrayna - red.) NATO-ya üzv olmasını istəmirdi. O, NATO-nun Finlandiyalaşmasını istəyirdi. Ancaq Finlandiyanın NATO-laşmasına gətirib çıxardı”.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930