Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Müdafiə Nazirliyindən XOCAVƏND AÇIQLAMASI: Şəhidimiz və yaralımız var - "BİR DAHA TƏKRARLANSA..."

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Azmarka.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.

Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

"Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir", - nazirlikdən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Azmarka.az

Digər xəbərlər

  • 26.12.2020
  • 25.12.2020
  • 22.12.2020
  • 19.12.2020
  • 18.12.2020
  • 17.12.2020
  • 8.12.2020
  • 4.12.2020
  • 4.12.2020
  • 3.12.2020
  • 27.11.2020
  • 17.11.2020
  • 24.10.2020
  • 10.10.2020
  • 21.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031