Paşinyan müttəfiqlərinin Ermənistana silah satmaqdan imtina etdiyini AÇIQLADI

Azmarka.az: Ermənistan Baş naziri Nikol Paşinyan bəzi ölkələrin, o cümlədən müttəfiqlərin öncədən sifariş olsa da, yüz milyonlarla dollar dəyərində silahı tədarük etməkdən imtina etdiyini deyib.

O bu barədə hökumətin iclasında deyib.

“Yüz milyonla dolların ödənilməsinə baxmayaraq ölkələrin, o cümlədən müttəfiqlərin silahı tədarükü öhdəliyini icra etməməsi halları var. Bu ağır reallıqdı və biz situasiyanı dərindən analiz etməliyik”, - Paşinyan söyləyib. /APA