Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Güney Azərbaycanda işçi ölümləri artır – İran hökuməti tədbir görməməkdə ittiham olunur

Güney Azərbaycanın şərqində yerləşən, əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan və Azərbaycan dilində danışan Bostanabad şəhərində bir yağ saflaşdırma emalatxanasında 3 işçi istehsalat qəzası nəticəsində həyatını itirib.

Azmarka.az İran mətbuatına istinadən xəbər verir ki, onların Bostanabadın Göyərçin kəndində yağ saflaşdırma emalatxanasının rezervuarında qaz zəhərlənməsi nəticəsində öldüyünü bildirilir.

Bildirilir ki, yandırılmış yağın təmizlənməsi üçün rezervuarın içinə daxil olan fəhlənin qaz zəhərlənməsindən kömək etməsinin ardınca digər işçilərin rezervuara daxil olması hər üç işçinin həyatını itirməsi ilə nəticələnib. Hadisə nəticəsində daha bir işçinin qəzadan xilas edilib xəstəxanaya götürüldüyü bildirilir.

Bir sıra azərbaycanlı fəallar Twitter sosial şəbəkəsində "Azərbaycan işçiləri" adı ilə haştaq kampaniyası yaradaraq, fəhlə sinfinə dəstək verməyə çalışıblar.

İranda bu il Novruz bayramından avqustun 21-ə kimi olan müddətdə 759 nəfər işçi istehsalat qəzalarında həyatını itirib. Keçən il həmin müddət ərzində 725 nəfərin həyatını itirdiyi qeyd edilib. Bu rəqəmlərə əsasən, istehsalat qəzalarında ölüm halları 4.1 faiz artıb.

İranda işçilərin qəzalarda ən çox həyatını itirdiyi vilayətlər arasında Tehran (175 nəfər), Mazandaran (55 nəfər) və Şərqi Azərbaycan (53 nəfər) siyahıda ilk üç vilayətidir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası dünya üzrə işçilərin hüquqlarını qoruyan təşkilat, işçilərin durumu ilə bağlı keçən il yayımladığı hesabatda dünya ölkələri siyahısında İranı 5-ci qrupda yerləşdirilib. Beşinci qrupda yerləşdirilən ölkələr iş şəraiti ən pis olan ölkələr hesab olunur. Qanunvericilər işçilər üçün xüsusi hüquqlar müəyyənləşdirmiş olsalar da bu hüquqların təmin edilməsi üçün tədbirlər görülmür.




Ayxan Cəfərli,

Azmarka.az

Digər xəbərlər

  • 30.12.2020
  • 28.12.2020
  • 27.12.2020
  • 13.12.2020
  • 13.12.2020
  • 9.12.2020
  • 30.11.2020
  • 27.11.2020
  • 18.11.2020
  • 2.11.2020
  • 16.10.2020
  • 15.10.2020
  • 11.10.2020
  • 25.09.2020
  • 9.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031