Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

“Ordumuzun təlimləri Ermənistana əzələ nümayişidir” - Hərbi ekspert

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusu bu gündən növbəti təlimlərə başlayıb.

Azmarka.az bildirir ki, bBu, Vətən müharibəsi başa çatdıqdan sonra miqyasına görə keçirilən ən böyük təlimdir.

Hərbi bloger Ədalət Verdiyev deyib ki, Qarabağda Ermənistan ordusunun darmadağın olunması və atəşkəsə qismən riayət olunmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin döyüşə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə belə təlimlər çox vacibdir: “Bu gün başlayan iri miqyaslı təlimlər 15.000-ə yaxın şəxsi heyətin, 800-ə qədər müxtəlif silah sistemləri, aviasiya, artilleriya və PUA-ların cəlb edilməsi ilə həyata keçiriləcək”.

Ə.Verdiyev deyib ki, 20 may tarixinə kimi davam edəcək təlimlərdə qoşun növləri real təhdidlərin qarşısının alınması məqsədilə həyata keçirilən fəaliyyətləri icra edəcəklər: "Erməni silahlı dəstələrinin Rusiya sülhməramləlarının nəzarətində olan Qarabağ ərazilərindən çıxarılmaması və Ermənistan tərəfinin Azərbaycan sərhədlərinin bərpa olunmasında gərginliyə yol açan təxribatlara şərait yaratması Azərbaycanın bu gün qarşılaşdığı real təhdidlərdən bir neçəsidir.

Baş verən gərginliklər və real hadisələr fonunda bu təlimlərin keçirilməsi Ermənistan tərəfinə bir əzələ nümayişi kimi də nəzərdən keçirilə bilər”.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930