Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Deputat: “Banklar əhalinin faciəsi üzərindən pul qazanır”

Deputat “Banklar haqqında” qanunun yenidən müzakirəyə çıxarılması təklifi ilə çıxış edib.

Azmarka.az-ın məlumatına görə, deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, bankların hesabatlılığı, şəffaflığı yoxdur: “Banklar əhalinin faciəsi üzərindən pul qazanır. Bankların yol verdiyi qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində yeni maddə təsbitini tapsın. Azərbaycan xalqının üzərindən bu “Domokl qılıncı”nı götürmək üçün təsirli addımlar atılmalıdır”.

Deputat Tahir Kərimli də bankların vətəndaşlar üçün yaratdığı problemlərdən danışıb. “İnsana külli miqdarda kredit faizi ilə əzab verməkdə məqsəd nədir? Onlara bu dərəcədə şiddət göstərmək olmaz. Bu insanlar yazıq deyilmi? Azərbaycanda İslam bankçılığı olmalıdır”, - deyə o qeyd edib.


Azmarka.az

Digər xəbərlər

  • 27.05.2021
  • 25.05.2021
  • 23.04.2021
  • 8.04.2021
  • 2.04.2021
  • 9.03.2021
  • 2.02.2021
  • 15.01.2021
  • 24.12.2020
  • 2.12.2020
  • 20.11.2020
  • 25.10.2020
  • 18.09.2020
  • 16.09.2020
  • 9.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930