Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Bakıda bağ evlərinə tələbat artıb - Qiymətlərdə bahalaşma var

Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.

Azmarka.az-ın məlumatına görə, "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin satış qiyməti 3.8 faiz, ötən illə müqayisədə isə 7.33 faiz bahalaşıb.

Onun sözlərinə görə, baha qiymətə olan fərdi yaşayış və bağ evlərinin satış qiyməti ötən ay 2.57 faiz, ötən illə müqayisədə isə 0.45 faiz artıb.

Orta qiymətə olan bağ evləri isə ötən ay 1.54 faiz, ötən illə müqayisədə isə 9.28 bahalaşıb. Ucuz qiymətə olan fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 7.15 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.15 faiz bahalaşıb.

N.İbrahimov bildirib ki, bahalaşma mövsümi xarakter daşıyır. /trend


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930