Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Şəmkirdə baş verən qəzada ərlə arvad öldü

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Azmarka.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "VAZ "markalı avtomobil toqquşub.

Qəza zamanı iki nəfər hadisə yerində ölüb. Həlak olanlar minik avtomobilin toqquşması zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü, 1936-cı il təvəllüdlü Əkəbərov Əli Tağı oğlu və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əkbərova Gülvar Qoşqar qızıdır.

Onlar ər-arvaddırlar.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Azmarka.az

Digər xəbərlər