Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Naxçıvan Qarnizonu Qoşunlarında toplantılar keçirilib - FOTO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən taqım komandirləri, bölük, batareya komandirləri və müavinləri ilə toplantılar keçirilib.

Azmarka.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni tədris dövrünə hazırlıq planına uyğun olaraq keçirilən toplantılarda əsas diqqət zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.
Zabitlər müxtəlif ixtisaslar, o cümlədən taktiki-xüsusi və rabitə hazırlığı üzrə keçirilən praktiki məşğələlərdə iştirak ediblər.

Qarnizonun Təlim-Tədris Mərkəzində zabitlərə hərbi topoqrafiyadan, hüquq və mənəvi-psixoloji hazırlıqdan nəzəri dərslər keçirilib. Sonda zabitlərin keçirilən dərslər üzrə nəzəri bilikləri və fiziki hazırlıq səviyyələri yoxlanılıb.

Toplantıların yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq hər bir zabitə fərdi tapşırıqlar və yeni tədris dövrünə hazırlıq üzrə göstərişlər verilib.


Azmarka.az

Digər xəbərlər

  • 7.06.2021
  • 29.05.2021
  • 26.05.2021
  • 22.05.2021
  • 22.05.2021
  • 8.05.2021
  • 13.04.2021
  • 29.03.2021
  • 18.03.2021
  • 13.03.2021
  • 3.03.2021
  • 10.02.2021
  • 1.02.2021
  • 19.01.2021
  • 26.12.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930