Ölkə / Əyalətdən səslər
14.08.2021
540
Oğuzda 67 yaşlı kişini maşın vurdu
Oğuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azmarka.az "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Kərimli kəndində qeydə alınıb.
Kənd sakini, 1954-cü il təvəllüdlü Niyaz Qəni oğlu Teyyubov yolu keçərkən minik avtomobili onu vurub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azmarka.az