Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Göyçayda məktəb direktorunun müavinini elektrik cərəyanı vuraraq öldürdü

Göyçay rayonunda müəllim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Azmarka.az xəbər verir ki, hadisə bu gün rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Şərifov Xəlil Şərif oğlu həyətyanı sahədə su matoru ilə quyudan su çıxararkən ehtiyatsızlıq edib, matorun elektrik naqilindəki nasazlıq səbəbindən cərəyan onu vurub. X.Şərifov hadisə yerində dünyasını dəyişib. O, Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini, 30 ildən çox Azərbaycan dili və ədəbiyyat müəllimi olub.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /apa


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930