Ölkə / Sosial
6.11.2021
209
Hacıbala Abutalıbov Almaniyaya aparıldı - BƏD XƏBƏR...
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.
Azmarka.az qaynarinfo-ya istinadən bildirir ki, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb.
Məsələ ilə bağlı H.Abutalıbovla əlaqə saxlanılıb və o, Almaniyada müalicə olunmaq üçün ölkəni tərk etdiyini təsdiqləyib:
"Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacağam".
Azmarka.az