Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb

Bakı Hərbi Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi Rövşən Babayev həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Yaşar Hüseynov və digər şəxslər - Məmməd Mövsümzadə, Pərvanə Rəhimova, Heyran Quliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Azmarka.az-ın xəbərinə görə, hakim Aslan Kalbalıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi Babayev Rövşən Əlixan oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Belə ki, 2016-2019-cu illər ərzində qeyd edilən vəzifədə işləyərkən R.Babayevin həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Y.Hüseynov, habelə Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasının tibb işçiləri və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 nəfər çağırışçının hərbi xidmətə cəlb edilməməsi üçün ümumilikdə onlardan 22 min 800 manat pulu rüşvət qismində tələb edib.

R.Babayev, Y.Hüseynov və başqaları barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Hərbi Cinayətlər Məhkəməsinə göndərilib.



Azmarka.az

Digər xəbərlər

  • 7.12.2021
  • 25.11.2021
  • 18.11.2021
  • 12.11.2021
  • 14.10.2021
  • 2.10.2021
  • 1.10.2021
  • 23.09.2021
  • 19.08.2021
  • 17.08.2021
  • 28.07.2021
  • 23.07.2021
  • 5.05.2021
  • 1.04.2021
  • 2.02.2021