Ölkə / Sosial
5.01.2022
105
Sabirabadda yol qəzası olub, xəsarət alanlar var
Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azmarka.az-ın məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza nəticəsində Qalağayın kənd sakinləri, 1963-cü il təvəllüdlü Əkbərov Mirzağa Möhübbət oğlu, 1991-ci il təvəllüdlü Nəsirov Fəqan Rüstəm oğlu və Zeynalov Elmar Rizvan oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Azmarka.az