Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Sabunçuda 2 yaşlı uşağı oğurlayan qadın barədə məhkəmədən QƏRAR ÇIXDI

Bakıda 2 yaşlı uşağı oğurlamaqda təqsirli bilinən Gültəkin Muradova barəsində məhkəmə qərar çıxarıb.

Azmarka.az-ın xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev qəsəbə ərazisindən oğurlanıb. Yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı tapılıb.

Körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və onunla qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev saxlanılıblar.
Daha sonra hadisə ilə bağlı uşağın atası Elgün Nəsirov da istintaqa cəlb edilib.

Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031