Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

General Azərbaycan Ordusunda aparılan struktur islahatlarının məqsədini AÇIQLADI

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov Azərbaycan Ordusunda aparılan struktur islahatlarının məqsədini açıqlayıb.

Azmarka.az-ın məlumatına görə, E.Xəlilov Müdafiə Nazirliyində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışında çıxışı zamanı deyib ki, 2021-ci il ölkəmiz və Azərbaycan Ordusu üçün uğurlu il olub.

İdarə rəisi Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirildiyini qeyd edib.

Döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün Azərbaycan Ordusunun strateji düşüncəyə malik, bacarıqlı kadrlarla komplektləşdirilməsi, peşəkar kadr heyətinin formalaşdırılması, inkişaf etdirilməsi və onların səmərəli istifadə olunmasının bütün səviyyədən olan idarəetmə subyektlərinin, o cümlədən kadr orqanı işçilərinin başlıca vəzifələrindən olduğunu bildirən idarə rəisi kadrların idarə edilməsində bir çox nailiyyətlərin əldə edildiyini və kadr idarəetmə sisteminin daha da təkmilləşdirildiyini qeyd edib.

Azmarka.az

Digər xəbərlər

  • 13.01.2022
  • 30.12.2021
  • 29.12.2021
  • 23.11.2021
  • 12.10.2021
  • 8.10.2021
  • 29.09.2021
  • 12.09.2021
  • 23.07.2021
  • 10.07.2021
  • 10.07.2021
  • 30.05.2021
  • 10.02.2021
  • 1.02.2021
  • 16.12.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031