Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

İctimai məkanda maska taxmayan 16 yaşlı şəxslər cərimələnə bilər? - BU DA CAVABI...

Son günlər ölkədə Omikron ştammı ilə əlaqədar koronavirusa yoluxma hallarının artması fonunda müvafiq dövlət qurumları bir sıra profilaktiki tədbirlər həyata keçirir. Həm əhalinin sağlamlığını qorumaq üçün vətəndaşlar peyvənd olunmağa (xüsusən “buster” (üçüncü) doza) çağırılır, həm də karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət daha da gücləndirilir.

Bununla bağlı qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda (metro və avtobus) xüsusən tibbi maskadan istifadəyə dair tələbin yerinə yetirilməsinə polis tərəfindən xüsusi diqqət yetirilir.

Azmarka.az xəbər verir ki, son günlər qapalı məkanlarda 16 yaşı tamam olmuş şəxslərdən də maska taxılmasının tələb olunması, tələbə əməl olunmadığı halda valideynlərə övladlarının karantin rejiminin tələblərinə uyğun olaraq cərimələnəcəkləri barədə xəbərdarlıqlar edilir. Bu isə müəyyən sualların və çaşqınlığın yaranmasına səbəb olur.

Məsələ ondadır ki, xüsusi karantin rejimi ilə bağlı Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli və digər müvafiq qərarlarında əsas məhdudiyyətlər (idman zallarına giriş, hava nəqliyyatı və s.) 18 yaşdan yuxarı şəxslərə şamil olunur.

Yeli media məsələyə aydınlıq gətirilməsi üçün mövcud qanunvericiliyin tələblərinə dair araşdırma aparıb.

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat məbləğində cərimə edilirlər. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 yüz manat məbləğində cərimə edilirlər.

Vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Cavid Cəfərov açıqlamasında deyib ki, 16 yaşı tamam olmuş şəxslərə polisin protokol tərtib etməsi, cərimələməsi qanunvericiliyin tələblərinə zidd deyil. İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, inzibati xəta törədərkən 16 yaşı tamam olmuş fiziki şəxslərin inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulur. Yəni fiziki şəxsin - subyektin inzibati məsuliyyəti 16 yaşdan başlayır.
Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı qərarlarında məhdudiyyətlərin əsasən 18 yaşdan yuxarı tətbiq olunmasına, 16 yaş məsələsinin bu qərarların heç birində qeyd olunmamasına gəlincə, hüquqşünas normativ və normativ xarakterli aktların mövcudluğuna diqqət çəkib.

Vəkil qeyd edib ki, Azərbaycanda birinci ali hüquqi qüvvəyə malik olunan qanun Konstitusiya, Prezident fərmanları və qanunlardır: "Əgər Azərbaycanda bu məsələ qanunla müəyyən olunubsa, Nazirlər Kabinetinin qərarları ilə qanun dəyişilə bilməz. Qanunlara dəyişiklik Milli Məclisin səlahiyyətinə daxildir.
İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində qeyd edilir ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 200 manat məbləğində cərimə edilirlər.

Bu da İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə istinad edir, 211.2-ci maddədə 18 yaş məsələsi qeyd olunmayıb. Bu halda subyekt 16 yaşına çatmış şəxsdir. Ona görə də bu halda 16 yaşa çatmış şəxslər inzibati xətanın subyektidir və inzibati məsuliyyətə cəlb oluna bilərlər. 211.2-ci maddədə bu tələblərin 18 yaşı tamam olmuş şəxslərə şamil olunacağı yazılmadığından bu tələblər 16 yaşı tamam olmuş şəxslərə də tətbiq edilir".
C. Cəfərov onu da xatırladıb ki, Cinayət Məcəlləsində 14 yaşına qədər ağır, xüsusilə ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutulur, ümumiyyətlə isə 16 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinin subyektidir, tərəfdir.

Hüquqşünas 16 yaşına çatmış, işləməyən yeniyetmənin cəriməsinin ödənilməsinin məsuliyyətinin isə valideynin üzərinə düşdüyünü qeyd edib: "Mülki Məcəllədə maddi məsuliyyət məsələsi var, belə hallarda cəriməni valideyn ödəməlidir. Çünki cərimə ödənilməyəndə uşağa müəyyən məhdudiyyətlər qoyulur. Məsələn, şəxsiyyət vəsiqəsi alanda, ölkədən çıxışda, hər hansı sənədlə bağlı məhdudiyyət tətbiq olunur. O cəriməni ödəyənə qədər həmin 16 yaşına çatmış şəxs məhdudiyyətlərlə üzləşir, odur ki, valideynlər məcbur qalıb, cəriməni ödəməli olurlar".


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930