Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Dünya şöhrətli məşqçiyə polkovnik rütbəsi verildi

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə “Sərhədçi” klubunun prezidenti, “Şöhrət” ordenli məşqçi, polkovnik-leytenant Firdovsi Umudovun xidmətlərini yüksək qiymətləndirərək ona vaxtından əvvəl əvvəl polkovnik rütbəsi verilməsi barədə əmr imzalayıb.

Azmarka.az xatırladır ki, 45 yaşlı F.Umudov Azərbaycan idmanının ən parlaq karyera sahiblərindən biridir. 1993-2005-ci illərdə sərbəst güləş üzrə yığma komandamızın üzvü olan F.Umudov idmançı kimi dəfələrlə Azərbaycan çempionu, gənclər arasında Avropa çempionatının (1995), tələbələr arasında dünya çempionatlarının mükafatçısı (1998) olub.

2004-cü ildə İranda keçirilən sərbəst güləş üzrə Dünya kuboku zamanı isə Firdovsi müəllim tarixi qələbəyə imza atıb. O nüfuzlu kuboku ölkəmizə qazandırmağı bacarıb. Bu qələbə yalnız sərbəst güləş yox, ümumilikdə idman tariximizdə yeni səhifə açıb, növbəti parlaq zəfərlərin müjdəçisinə çevrilib.

Güləşçi kimi bir-birindən möhtəşəm uğurlar əldə edən F.Umudov məşqçi kimi də misilsiz nailiyyətlər qazanıb, bununla da həm özünün tərcümeyi-halını, həm də idman tariximizi zənginləşdirib. 2007-2008-ci illərdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamıza baş məşqçilik edən Firdovsi müəllim 2008-2016-cı illərdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsini uğurla yerinə yetirib.

F.Umudov güləş idman növünün inkişafındakı xidmətlərinə görə, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə isə Dünyanın ən yaxşı məşqçisi seçilib. O, dünyanın ən yaxşı məşqçisi seçilən ilk və (yeganə!) azərbaycanlıdır!

2016-cı ildən sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, 2018-ci ilin yanvarından Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, eləcə də "Sərhədçi" Olimpiya İdman Kompleksi rəisinin müavini kimi önəmli vəzifələr tutaraq ölkə idmanının daha da inkişafı və yüksəlişi üçün əməyini əsirgəməyən məşhur mütəxəssisin fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub.

Ötən il "Sərhədçi" voleybol klubunun prezidenti təyin edilən F.Umudov burada da qısa müddətdə böyük uğurlara imza atmağı bacarıb. Elə həmin xidmətlərinin mükafatı olaraq da Firdovsi müəllimə DSX rəisi tərəfindənb vaxtından əvvəl polkovnik rütbəsi verilib.

Onu da deyək ki, E.Quliyevin başqa bir əmri ilə, güləş üzrə 3 qat dünya və Avropa çempionu Hacı Əliyevə isə vaxtından əvvəl kapitan rütbəsi verilib.

Dünya şöhrətli məşqçiyə polkovnik rütbəsi verildi





Azmarka.az

Digər xəbərlər

  • 16.04.2022
  • 23.03.2022
  • 3.03.2022
  • 5.01.2022
  • 5.01.2022
  • 27.12.2021
  • 18.12.2021
  • 23.11.2021
  • 22.11.2021
  • 18.08.2021
  • 27.07.2021
  • 24.07.2021
  • 2.02.2021
  • 7.12.2020
  • 7.12.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031