Azərbaycanda meymunçiçəyinə görə karantin SƏRTLƏŞDİRİLƏCƏK? - RƏSMİ XƏBƏRDARLIQ
Dünyada meymunçiçəyi yayılmaqda davam edir. Artıq qonşu Gürcüstanda da bu virusa yoluxma faktı qeydə alınıb. Bəs Azərbaycanda xəstəlyin aşkarlanması üçün xüsusi bir test mövcuddurmu?
Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Ləman Qalimova deyib ki, meymunçiçəyini müəyyən edən test yoxdur. Çünki virus hələ pandemiya halını almayıb. Amma xəstəliyi bir neçə metodla aşkarlamaq mümkündür.
Mütəxəssisin dediyinə görə, virusun ölkəmizdə yayılma riskini azaltmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Həkim-infeksionist Aytən Ziyadova isə bildirib ki, şübhəli hallarda xaricdən gələn vətəndaşları karantinə almaq olar. Çünki virusun kliniki əlamətləri 8 gün ərzində gizli qala bilir.
İnfeksionist hesab edir ki, dünya buxəstəliyə qarşı hazırlıqlıdır. Onun sözlərinə görə, çiçək virusu peyvəndi meymunçiçəyinə qarşı da effektlidir.
Azmarka.az