Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Bakıda həbsxanada 5 məhkum niyə ölüb? - RƏSMİ AÇIQLAMA

Bakıda məhkumların ölüm səbəbi məlum olub.

Azmarka.az-ın xəbərinə görə, Penitensiar Xidmətdən lent.az-a bildirilib ki, ayrı-ayrı vaxtlarda dünyasını dəyişən məhkumlar xərçəng və ürək-damar çatışmazlığından əziyyət çəkiblər.

Məhkumlar uzun müddət xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb. Ancaq aparılan tibbi yardımlara baxmayaraq adı çəkilən məhkumların həyatını xilas etmək mümkün olmayıb.

***

Bakıda 5 məhbus həbsdə ölüb.

Hadisə son günlər Pentensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər - Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldüyü bildirilir. /lent.az


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31