Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb, əsgər tutulub

Azərbaycan Ordusunda hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Azmarka.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Azmarka.az

Digər xəbərlər

  • 18.08.2022
  • 5.08.2022
  • 5.08.2022
  • 4.08.2022
  • 3.08.2022
  • 6.07.2022
  • 5.06.2022
  • 5.06.2022
  • 15.02.2022
  • 12.01.2022
  • 3.01.2022
  • 13.07.2021
  • 19.06.2021
  • 31.05.2021
  • 8.05.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31