Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Şuşada yol qəzasında həlak olan hərbçiyə görə cinayət işi açılıb

Ötən gün Şuşada hərbi qulluqçunun həlak olduğu yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev deyib.

Qeyd olunub ki, daxil olan sözügedən məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir", - deyə o qeyd edib.

Azmarka.az

Digər xəbərlər

  • 22.01.2022
  • 2.01.2022
  • 2.01.2022
  • 8.09.2021
  • 28.08.2021
  • 28.08.2021
  • 13.07.2021
  • 13.07.2021
  • 7.06.2021
  • 27.04.2021
  • 6.04.2021
  • 1.02.2021
  • 30.01.2021
  • 11.01.2021
  • 10.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031