Hadisə / Foto
26.03.2022
771
AA seriyalı avtomobil qarət olundu - FOTO
Sumqayıtda avtomobil qarət edilib.
Azmarka.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər 19 AA 073 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı avtomobilin şüşəsini sındıraraq avtomobildən içərisində, təxminən 1500 manat pul, bank kartları, şəxsiyyət, sürücülük vəsiqələri və digər sənədlər olan əl çantasını oğurlayıblar.
Avtomobil Füzuli Dram Teatrının balansında olub.
Füzuli Dram Teatrının direktoru - sürücü Vaqif Vəliyev hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.


Azmarka.az