Hadisə
22.05.2022
124
Ucarda maşın piyadanı vurub, vəziyyəti ağırdır
Ucarda baş verən qəzada piyada ağır xəsarət alıb.
Azmarka.az-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.
"FORD" markalı maşın yolu keçmək istəyən piyada, hələlik şəxsiyyəti məlum olmayan 30-35 yaşlı kişini vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Azmarka.az