Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycan Ordusunun həlak olan hərbi qulluqçusu dəfn edildi - FOTO/VİDEO

Avqustun 26-da Goranboy rayonunun Buzluq kəndi ərazisində “Ural” markalı avtomobillə qəzaya düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlu bu gün dəfn olunub.

Onun dəfn mərasimində döyüş yoldaşları, rayon rəhbərliyi və ictimaiyyəti iştirak ediblər.

Azərbaycan Ordusunun həlak olan hərbi qulluqçusu dəfn edildi - FOTO/VİDEO







***

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlunun baş vermiş yol qəzası nəticəsində ölməsi faktı ilə bağlı hazırda Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb:

“Nəticədə sürücü hadisə yerində ölüb”.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31