Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alanların adı məlum olub

Azmarka.az: Bu gün Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.

Rayonun Birinci Şıxlı kənd tam orta məktəbinin altıncı sinif şagirdi Nuray Osmanova və onun bacısı - dördüncü sinif şagirdi Ayan Osmanova ilə qohumları - beşinci sinif şagirdi Əfsanə Məmmədzadəni ildırım vurub.

Nəticədə Nuray Osmanova aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Onun bacısı və qohumu isə Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər.

Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb.

Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.


Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31