Edillidə erməni əsirliyində olan şəxs vəfat edib

Azmarka.az: 28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış əsir Şıxəliyev Şəmsi Canəhməd oğlu vəfat edib.

Şəmsi Şıxəliyev uzun müddət xəstəlikdən əziyyət çəkib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Şəmşi Şıxəliyev 1993-1994-cü illərdə Xocavənd rayonu Edilli kəndində əsirlikdə olub.