Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Rusiyanın tanınmış məşqçisi koronavirusdan vəfat etdi

SSRİ və Rusiyanın atletika üzrə əməkdar məşqçisi Yevgeni Zaqorulko 78 yaşında dünyasını dəyişib.

Azmarka.az "RİA Novosti"yə istinadən xəbər verir ki, koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilmiş tanınmış mütəxəssis gecə saatlarında vəfat edib. O, onkoloji xəstəlikdən də əziyyət çəkirdi.

Qeyd edək ki, Yevgeni Zaqorulko Anna Çiçerova, Andrey Silnov, Gennadi Avdeyenko və Yelena Yelesina kimi olimpiya çempionlarının məşqçisi olub. O, "4-cü dərəcəli Vətənə xidmət", "Dostluq" və "Şərəf" ordenləri ilə təltif edilib. Zaqorulko 2012-ci ildə Rusiya Olimpiya Komitəsinin təşkil etdiyi "Sportivnaya Elita-2012" tədbirində "İlin ən yaxşı məşqçisi" seçilib.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930