Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Dünyanın ən yaxşı məşqçisi olmuş ilk və yeganə azərbaycanlı – MARAQLI FAKTLAR

Bu gün Azərbaycanın əfsanəvi güləşçisi və dünya şöhrətli məşqçisi, "Sərhədçi" voleybol klubunun prezidenti, polkovnik-leytenant Firdovsi Umudovun doğum günüdür. O, 45 yaşını qeyd edir.

Azmarka.az saytı bu münasibətlə özünün "Zirvədəkilər" rubrikasında F.Umudovla bağlı maraqlı faktları təqdim edir.

***
Firdovsi Qəmnalı oğlu Umudov 1977-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub.

Sadə, zəhmətkeş ailədə dünyaya gələn Firdovsi müəllim ucqar bir kənddən şöhrətin ən yüksək pilləsinə də elə bu ailədən aldığı tərbiyə və ruh sayəsində yüksəlib.

***

F.Umudov Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

Dünyanın ən yaxşı məşqçisi olmuş ilk və yeganə azərbaycanlı – MARAQLI FAKTLAR


***
Firdovsi müəllim özünə qarşı hədsiz tələbkarlığı ilə seçilib və daim çox sərt rejimdə məşqlər edib. Hətta buna görə doğmaları narahatlıq keçirib, həmin ağır məşqlərin sağlamlıq baxımından fəsadlar doğura biləcəyindən narahatlıq çəkiniblər.

Gənc Firdovsi isə özündən əmin şəkildə, doğru bildiyi yolda cəsur addımlar atmağı üstün tutub. Çünki yalnız zəhmətin və cəsarətin böyük uğurlara gətirib çıxardığına bütün varlığı ilə inanıb.

İnanıb və həmin inamında əsla yanılmadığını əldə etdiyi misilsiz nailiyyətlərlə təsdiqləyib!


F.Umudovun 1995-ci ildə Almaniyanın Viten şəhərində sərbəst güləş üzrə Avropa çempionatı zamanı çəkilən görüntüləri

***
1993-2005-ci illərdə sərbəst güləş üzrə yığma komandamızın üzvü olan F.Umudov idmançı kimi karyerası ərzində dəfələrlə Azərbaycan çempionu, gənclər arasında Avropa çempionatının (1995), tələbələr arasında dünya çempionatlarının mükafatçısı (1998) olub.


F.Umudov 1997-ci il Avropa çempionatında. Bolqarıstan güləşçisi ilə görüş.

***
2004-cü ildə İranda keçirilən sərbəst güləş üzrə Dünya kuboku zamanı isə Firdovsi müəllim tarixi qələbəyə imza atıb. O nüfuzlu kuboku ölkəmizə qazandırmağı bacarıb. Bu qələbə yalnız sərbəst güləş yox, ümumilikdə idman tariximizdə yeni səhifə açıb, növbəti parlaq zəfərlərin müjdəçisinə çevrilib.

***
Güləşçi kimi bir-birindən parlaq uğurlar əldə edən F.Umudov məşqçi kimi də misilsiz nailiyyətlər qazanıb, bununla da həm özünün tərcümeyi-halını, həm də idman tariximizi zənginləşdirib. 2007-2008-ci illərdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamıza baş məşqçilik edən Firdovsi müəllim 2008-2016-cı illərdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsini uğurla yerinə yetirib.

***
F.Umudov güləş idman növünün inkişafındakı xidmətlərinə görə, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə isə Dünyanın ən yaxşı məşqçisi seçilib.

O, dünyanın ən yaxşı məşqçisi seçilən ilk və (yeganə!) azərbaycanlıdır!

***
2016-cı ildən sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, 2018-ci ilin yanvarından Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, eləcə də "Sərhədçi" Olimpiya İdman Kompleksi rəisinin müavini kimi önəmli vəzifələr tutaraq ölkə idmanının daha da inkişafı və yüksəlişi üçün əməyini əsirgəməyən məşhur mütəxəssisin fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub.

***
F.Umudov əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür.

***
F.Umudov yalnız ölkə idmanının inkişafında deyil, ölkənin ictimai həyatında da ciddi rol oynayır. Daim dövlətçilik maraqlarından etdiyi çıxışlarla təqdir toplayan Firdovsi müəllim sadəliyi və təvazökarlığı ilə də xüsusi rəğbət qazanıb. 44 günlük Vətən müharibəsi zamanı şanlı Qələbəmiz üçün əlindən gələni əsirgəməyən qəhrəmanımız üçün AZƏRBAYCAN SEVGİSİ hər şeydən öndə və ucada dayanır. Elə ona görədir ki, dəfələrlə xarici ölkələrdəın iş təklifi alsa da bilik və bacarıqlarını, təcrübəsini Azərbaycan idmanının yüksəlişinə sərf etməyi üstün tutub!

***
“Sərhədçi” Olimpiya İdman Mərkəzinin rəis müavini olan Firdovsi müəllimin bir sözü isə dillər əzbəridir: "Biz vətənə yalnız idmançı yox, həm də əsgər yetişdiririk!"

***
F.Umudov yetirməsi olduğu Qazax güləş məktəbinə daim xüsusi diqqətlə yanaşır, köməyini əsirgəmir.

***
Rusiyanın məşhur “Wrestling_Russia” səhifəsi ötən il İnstaqram hesabında Firdovsi Umudova aid görüntüləri paylaşıb.

Səhifə məşqçinin 2015-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçirilən Dünya Kubokunda 3-cü yer uğrunda Rusiya ilə gərgin mübarizədə keçirilən matçdan həyəcanlı anlarını yayımlayıb.

Qeyd edək ki, sözügedən Dünya Kuboku yarışında sərbəst güləş üzrə Rusiya və Azərbaycan pəhləvanlarının qarşılaşması baş tutmuşdu. 3-cü yer uğrunda görüşdə sərbəst güləşçilərimizdən ibarət yığmamızın üzvü Cəmaləddin Məhəmmədovun rəqibi Timur Kotsoev üzərində yalnız böyük xal üstünlüyü ilə təmiz qələbəsi ölkəmizi Dünya Kubokunun üçüncüsü edə bilərdi.

Ermənilərin də Rusiyanı dəstəklədiyi həmin qarşılaşmada C.Məhəmmədov 12:1 hesablı qələbə ilə komandamıza bürünc medalları qazandırdı.
Komandamızın bu qələbəsi zalda görüşü izləyən erməniləri məyus etdi.

Sözügedən həyəcanlı görüşdən sonra həmin ildə sərbəst güləş üzrə milli yığma komandanın böyük məşqçisi olan Firdovsi Umudov möhtəşəm qələbə sevinci ilə bütün zalın, eyni zamanda dünya idman ictimaiyyətinin diqqətini cəlb eləmişdi. Rusiya idman cameəsi də F.Umudovun bu sevincinə marağını gizlədə bilməmişdi.

Həmin görüntüləri təqdim edirik:
\

***
Firdovsi Umudovun istər güləşçi, istərsə də məşqçi kimi uğurlarının bir sirri də onun yarışlar zamanı özünəməxsus prinsip müəyyənləşdirməsidir: bütün rəqiblərə eyni gözlə baxması, onları güclü və ya zəif kimi xarakterizə etməməsi!

O, idman tariximizin qızıl səhifələrinə çevrilən qələbələrini məhz bu ciddiyyət və məsuliyyəti zəhmətlə, çalışqanlıqla birləşdirərək qazanıb.



Elçin ŞAHMURAD,

Azmarka.az

Digər xəbərlər

  • 5.01.2022
  • 27.12.2021
  • 18.12.2021
  • 14.12.2021
  • 23.11.2021
  • 22.11.2021
  • 12.11.2021
  • 5.11.2021
  • 18.10.2021
  • 11.10.2021
  • 9.09.2021
  • 18.08.2021
  • 24.07.2021
  • 12.07.2021
  • 10.07.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031