Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

"Sərhədçi"dən TARİXİ UĞUR – On bir komandanın qatıldığı yarışın BİRİNCİSİ OLDU - VİDEO - FOTO

Azmarka.az bildirir ki, “Sərhədçi” Peşəkar İdman Klubunun voleybol komandası tarix yazıb – klubun gənc, lakin istedadlı və perspektivli qız voleybolçuları “Bakı” kubokunun qalibi olublar!

Onlar bu zəfəri kubokun finalında “Azərreyl” kimi təcrübəli bir klubu 2:0 hesabı ilə məğlub edərək qazanıblar.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 11 qız komandası mübarizə aparıb. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan yarış olimpiya sistemi ilə keçirilib.

İlk görüşdə NYUQA komandası üzərində qələbə qazanan “Sərhədçi” 1/4 finala adlayıb. Burada onların rəqibi “Xətai” komandası olub. Favorit olduğunu sübut edən “sərhədçilər” bu dəfə də rəqibini 2:0 hesabı ilə üstələyib. Yarımfinalda isə “Abşeron” komandasına eyni hesabla məğlubiyyətə uğradan “Sərhədçi” finala vəsiqəni təmin edib.

Həlledici görüşdə isə onlar favoritlərdən olan “Azərreyl”lə qarşılaşıb. Rəqibini tam üstələyən “Sərhədçi” 2:0 (25:13, 25:16) hesablı qalibiyyəti bayram edib.

Qalib komandaya kubok, medal və diplomlar verilib. Onlara mükafatları “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini polkovnik, “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti Firdovsi Umudov təqdim ediblər.

F.Umudov əldə edilən uğurla bağlı danışarkən bunları deyib: “Komandamız yeni yaranmış gənc komandadır, heyəti yeniyetmələrdən ibarətdir. Qısa müddətdə uğurlu olmağı bacardıq. Rəhbərlik tərəfindən daim bizə etimad göstərildi, uğur qazanmaq üçün şərait yaradıldı. Dövlət Sərhəd Xidmətinin rəhbəri, general-polkovnik Elçin Quliyevin göstərişi ilə bütün lazımi işlər görüldü. Nəticə göz önündədir və bu gün kuboku qazandıq. Bilirsiz ki, ölkəmizdə idmana və idmançılara böyük diqqət və qayğı göstərilir. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən çox yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bizim də məqsədimiz böyükdür. Təkbətək idman növlərindən əlavə kollektiv idmanda da uğurlarımız olub. Voleybolda bu nailiyyətləri görmüşük. Biz də istəyirik ki, “Sərhədçi” komandamız gənc olmasına baxmayaraq böyük uğurlara imza atsın. Bu gün qızlarımız yüksək əzmkarlıq göstərdilər, qalib gəldilər. İstəyirik ki, uğurlarımızın davamı gəlsin. Bizə göstərilən etimadı doğrultmaq üçün çalışırıq”.

Xatırladaq ki, ötən ilin dekabrında “Sərhədçi” Peşəkar İdman Klubunun prezident təyimn edildikdən bir qədər sonra mətbuata verdiyi açıqlamada F.Umudov demişdi ki, komanda ilə bağlı planlar böyükdür: " Dövlətin diqqət və qayğısına cavab olaraq idmanımızın daha yüksək zirvələrə yüksəlməsi üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik”.

"Sərhədçi"nin "Bakı" kubokunun qalibi olması artıq yüksək hədəflərə doğru düzgün, qətiyyətli addımların atıldığını göstərir. Bu, eyni zamanda belə deməyə əsas verir ki, "Sərhədçi" komandası daha böyük uğurların astanasındadır və o, yaxın gələcəkdə təkcə Azərbaycan voleybolunun yox, ümumilikdə ölkə idmanının ən parlaq hadisəsi kimi hər birimizi sevindirəcək.

Azmarka.az "Sərhəd"çiləri qazandıqları kubok münasibətilə təbrik edir, onların sevincini bölüşür və daha böyük, Avropa miqyaslı qələbələr arzulayır.

"Sərhədçi"dən TARİXİ UĞUR – On bir komandanın qatıldığı yarışın BİRİNCİSİ OLDU - VİDEO - FOTO















Azmarka.az

Digər xəbərlər

  • 16.04.2022
  • 16.04.2022
  • 3.03.2022
  • 2.03.2022
  • 5.01.2022
  • 27.12.2021
  • 18.12.2021
  • 23.11.2021
  • 20.08.2021
  • 18.08.2021
  • 27.07.2021
  • 24.07.2021
  • 7.05.2021
  • 29.03.2021
  • 4.12.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930