Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanın 16 yaşlı futbolçusundan BÖYÜK UĞUR – "Qarabağ"dan Almaniya klubuna TRANSFER OLDU

Redaksiyamıza Azərbaycan futbolu adına sevindirici xəbər daxil olub. Belə ki, gənc futbolçu Kamil Elçşin oğlu Sadıqov 16 yaşında Almaniya klubuna transfer edilib.

Azmarka.az-ın məlumatına görə, Ağdamın "Qarabağ" futbol klubunun 16 yaşlılardan ibarət komandasının (U - 16) üzvü olan Sadıqov istedadı ilə alman mütəxəssislərin diqqətini cəlb edib. Almaniyaya dəvət edilən gənc oyunçu bir daha bəyənilib və II Bundesliqada mübarizə aparan "Paderborn" klubuna transfer edilib.

Kamil Sadıqovla 3 illik müqavilə imzalanıb.

"Kamil bizim ölkəyə bir həftə öncə gəlmişdir. Futbol cəmiyyəti tərəfindən çox bəyənilmişdir. Biz Kamilin futbol bacarığını, qabiliyyətini çox yüksək qiymətləndirirk. Artıq Kamillə yola davam edəcəyik. İnanırıq ki, Kamil bizimlə birlikdə böyük qələbələrə imza atacaq" deyə alman klubunun rəsmiləri bildiriblər.

K.Sadıqovun transferi sevindirici olmaqla yanaşı, ümidvericidir. Almaniya dünyanın əsas, aparıcı futbol ölkələrindən biridir. Hər bir sahədə olduğu kimi futbolda da dəmir nizam-intizamı, ciddiyyəti və məsuliyyəti ilə tanınan almanların gənc futbolçumuza verdiyi qiymət Kamilin yaxın gələcəkdə Azərbaycan və Avropa futbolunun ulduzlarından birinə çevriləcəyinə şübhə yeri qoymur.

Elə Kamilin də öz işinə ciddi yanaşması, zəhmətkeşliyi, daim öz üzərində çalışması və bacarıqlarını artırmaq üçün məsuliyyətli davranışı bu inamı daha da qüvvətləndirir.

Əminik ki, biz yeni mövsümdən etibarən Almaniyadan Kamillə bağlı sevindirici xəbərlər eşidəcəyik.

Eyni zamanda ümid edirik ki, onun bu uğuru digər gənc futbolçularımız üçün prnək təşkil edəcək, onlar da Kamilin nailiyyətini təkrarlamaq üçün səylə çalışacaqlar.

Hələlik yolun başında olmasına baxmayaraq Almaniya klubuna transfer olaraq Ağdam təmsilçisini, məşqçilərini və yaxınlarını, ümumiyyətlə, hər bir azərbaycanlını qürurlandıran Kamil Sadıqova yeni klubunda, bir futbol ölkəsi olan Almaniyada bol uğurlar arzulayırıq.

Azərbaycanın 16 yaşlı futbolçusundan BÖYÜK UĞUR – "Qarabağ"dan Almaniya klubuna TRANSFER OLDU








Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930