Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Messi PSJ-yə ildə 700 milyon avro qazandırıb

Argentina milli komandasının futbolçusu Lionel Messi ilə müqavilə Fransanın PSJ klubuna ildə 700 milyon avro qazanc imkanı verib.

Azmarka.az-ın məlumatına görə, bura imic, marketinq və oyunların keçirilmə hüquqlarından gəlirlər daxildir.

Messinin transferi PSJ-nin 10 yeni sponsor müqaviləsi bağlamasına və klubun sosial şəbəkə hesablarında istifadəçi sayını 15 milyona çatdırmağa şərait yaradıb.

Paris təmsilçisi ilk dəfə bir futbolçunun geyiminin 10 milyondan çox surətini satıb.

Qeyd edək ki, bu gün Lionel Messinin 35 illik yubileyidir. O, PSJ-yə 2021-ci ildə azad agent kimi keçib və 34 oyunda 11 qol, 25 məhsuldar ötürmə ilə yadda qalıb. Tərəflər arasında müqavilə daha bir il qüvvədədir.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031