Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

"Qarabağ"ın 42,4 milyon avroluq rəqibi - PREZİDENTİ AZƏRBAYCANLI İMİŞ... - FOTO

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş" klubu ilə qarşılaşacaq.

"Ferentsvaroş" Budapeşti təmsil edən Macarıstanın peşəkar futbol klubudur.

Yarandığı gündən bəri 33 dəfə Macarıstan çempionu olub, 24 dəfə Macarıstan kubokunun qalibi olub, bir dəfə Yarmarkalar Kubokunun (UEFA Kuboku və Avropa Liqasının sələfi) finalında “Yuventus”a qalib gələrək çempion olub.

Komanda ev oyunlarını 22 min tamaşaçı tutumuna malik "Groupama Arena"da keçirir.

2011-ci il fevralın 25-də Macarıstan Milli Assambleyasının üzvü Qabor Qubadov "Ferentsvaroş"un prezidenti təyin edilib. 56 yaşlı Q.Qubadovun atası əslən naxçıvanlıdır, anası isə Macarıstandandır, ailəsi ötən əsrdə Azərbaycandan Macarıstana köç edib. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir.

"Qarabağ"ın 42,4 milyon avroluq rəqibi - PREZİDENTİ AZƏRBAYCANLI İMİŞ...  - FOTO


Hazırda "Ferentsvaroş"un nüfuzlu Almaniya portalı "Transfermarkt"dəki ümumi dəyəri 42,45 milyon avro göstərilib. Klubun ən bahalı futbolçusu isə Aissa Laïdounidir. Onun transfer dəyəri 3,5 milyon avrodur. Eyni zamanda klub dəyəri 3 milyon olan Marquinhos, Adama Traore adlı futbolçulara da malikdir./BAKU.WS


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031