Kriminal / Sosial
11.04.2021
523
Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlanıb
Qazaxda bıçaqlanma hadisəsi baş verib.
Azmarka.az bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.
Məlumata görə, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Azmarka.az