Kriminal / Sosial
10.06.2021
361
Qəbələdə 59 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
Azmarka.az-ın məlumatına görə, hadisə rayonun Xırxatala kəndində baş verib.
Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Qafqaz İsayev həyətindəki ağacdan gilas yığarkən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azmarka.az