Kriminal / Sosial
14.06.2021
123
Bakıda evdən 5 min manatlıq oğurluq olub
Bakıda mənzildən oğurluq edilib.
Azmarka.az bildirir ki,Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinə iyunun 1-dən 6-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Hüseynzadə müəyyən edilərək saxlanılıb.
Azmarka.az