Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var

Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb.

Azmarka.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində baş verib.

Mingəçevir şəhər sakini, 36 yaşlı Mirzəyev Vasif Valeh oğlu “Opel” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq, beton lövhəyə çırpılıb. Hadisə zamanı 3 nəfər – sürücü, sərnişinlər: Mingəçevir şəhər sakini, 61 yaşlı İsmayılova İradə Məmməd qızı və Şəki rayon sakini, 42 yaşlı Məmmədov Kamran İmran oğlu müxtəlif ağır xəsarətlər alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Azmarka.az

Digər xəbərlər