Kriminal / Sosial
23.06.2021
468
Qubada 46 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Quba rayonunda 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Azmarka.az-ın verdiyi məlumata görə, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Mahir Mustafaqulu oğlu Turabov həyətyanı sahəsindəki su mühərrikini təmir etmək istəyib. Bu zaman onu elektrik cərəyanı vurub.
Hadisə yerinə Quba Rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.
Faktla bağlı araşdırma aparılır.
Azmarka.az