Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ucarda yol qəzasında sürücü və azyaşlı oğlu ölüb, ailə üzvləri xəsarət alıb - YENİLƏNİB

Bakı-Qazax yolunda gecə saatlarında baş verən yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.

Azmarka.az-ın məlumatına görə, hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan 2019-cu il təvəllüdlü İlyas Elçin oğlu Cəlilov Ucar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

09:10
Ucarda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Azmarka.az-ın xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə sürücü E.Cəlilov ölüb. Qəza zamanı habelə onun 2 yaşlı oğlu İlyas Elçin oğlu Cəlilov, həyat yoldaşı, 31 yaşlı Aysel Balay qızı Cəlilova və 45 yaşlı Zaur Balay oğlu Xəlilov çoxsaylı xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.




Azmarka.az

Digər xəbərlər

  • 28.06.2021
  • 24.06.2021
  • 19.06.2021
  • 21.05.2021
  • 16.05.2021
  • 16.05.2021
  • 13.05.2021
  • 20.04.2021
  • 16.03.2021
  • 3.03.2021
  • 26.02.2021
  • 10.02.2021
  • 2.02.2021
  • 29.01.2021
  • 21.12.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930