Kriminal / Sosial
5.07.2021
127
Qəzada "VAZ-2106" bu vəziyyətə düşdü
Quba rayonunda üç nəfərin xəsarət alınması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azmarka.az-ın məlumatına görə, hadisə rayonun Atuc kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan 3 nəfər xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Azmarka.az