Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Balakəndə yol polisi reyd keçirib

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlərə, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən, digər qayda pozuntularına yol verən şəxslərə qarşı reyd keçirilib.

Azmarka.az bildirir ki,DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb.

Yol polisləri onları avtobuslarda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar. Aparılan izahedici söhbətlərə və xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə inzibati tənbeh tədbirləri görülüb.

Yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı da nəzarət-profilaktik tədbir keçirib. Onların barəsində cərimə protokolu tərtib olunub.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031