Kriminal / Sosial
28.07.2021
102
Kürdəmirdə qəzada xəsarət alanların biri xəstəxanada ölüb
Kürdəmir rayonunda baş verən qəzada xəsarət alanların biri xəstəxanada dünyasını dəyişib.
Azmarka.az xəbər verir ki, hadisə səhər saatlarında Bakl-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
"Opel" markalı avtomobilin sürücüsü, 25 yaşlı Quliyev Ceyhun Nəsimi oğlu idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə sürücü ağır xəsarət alıb.
Avtomobildə olan digər şəxs, 61 yaşlı Quliyev Rəfael Şahmalı oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azmarka.az