Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Abşeronda narkotik vasitələrin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb

Abşeron Rayon Polis İdarəsi və Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər tutulub.

Azmarka.az bildirir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Abşeron rayon sakinləri Rahinc Əhmədov, Vüsal Əliyev, Orxan Abdullayev, Pərviz İslamov və Ələkbər Carıyev tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Abşeron rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930