Kriminal / Sosial
20.09.2021
125
Qəbələdə 20 yaşlı gənc kəsdiyi ağacın altında qalaraq ölüb
Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
Azmarka.az xəbər verir ki, Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun meşəlik ərazisində qeydə alınıb.
Belə ki, Bum kənd sakini, 2001-ci il təvəllüdlü Murad Umarov meşədə ağac kəsərkən kəsdiyi ağac qırılaraq onun üzərinə düşüb.
O, aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azmarka.az