Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Azmarka.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü İmişli rayon sakini, 57 yaşlı Rüstəmov Faiq Şəmil oğlu Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq, təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031