Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Şəmkirdə arvadını və baldızını bıçaqlayan şəxsə hökm oxunub

Şəmkir rayonunda həyat yoldaşını və baldızını bıçaqlamaqda təqsirləndirilən Gürzalı Alıyevə hökm oxunub və o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Azmarka.az-ın məlumatına görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə 2021-ci il mayın 26-sı saat 16 radələrində Şəmkir rayonunun Ələsgərli kəndində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Gürzalı Alıyev mübahisə zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Şəlalə Tağıyevanı və onun bacısı, 1989-cu il təvəllüdlü Şəhla Süleymanovanı bıçaqlayıb. Hər iki qadın bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Daha sonra hadisəni törətməkdə şübhəli bilinən G.Alıyev Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.



Azmarka.az

Digər xəbərlər

  • 24.12.2021
  • 18.11.2021
  • 9.11.2021
  • 23.10.2021
  • 13.10.2021
  • 5.10.2021
  • 30.09.2021
  • 27.09.2021
  • 11.09.2021
  • 26.07.2021
  • 19.07.2021
  • 13.07.2021
  • 26.05.2021
  • 4.05.2021
  • 20.02.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031